
Urmiyanın Texniki (sənəti) Universitetində 2-ci böyük etiraz aksiyası keçirilib.
Öyrəncilərin etirazı oktyabrın 27-də (aban 5-də) nahar çağı baş tutub. Universitetin rəhbərliyi öyrənciləri müxtəlif yollarla sakitləşdirməyə çalışsa da müvəffəq olmayıb. Öyrəncilər univeristetdə nəşrlərin, əncümən və icmaların olmamasının səbəbini, Universitet məsullarının öyrəncilərin fəaliyyətinə təhlükəsizlik baxışları ilə əlaqələndirib və öz etirazlarını bildiriblər. Öyrəncilərin həmçinin ənənəvi musiqiyə icazənin verilməməsi, yataqxanaların yaxşı vəziyyətdə olmaması və öyrəncilərin azad siyasi fəaliyyətinə maneələrin yaradılmasına da etirazlarını bildiriblər.