
Sabiq Ermənistan lideri Levon Ter-Petrosyan prezident Serj Sarkisyanı “Ermənistan və Qarabağ üçün faciəli nəticələrə” gətirə biləcək siyasətdə tənqid edərək istefaya çıxmağa səsləyib.L.Petrosyan deyib ki, hakimiyyət Rusiya və Qərb gözündə “etibarlı tərəfdaş” imicini itirib.Tənqidə dərhal reaksiya verən hakimiyyət nümayəndəsi cənab Ter-Petrosyanın tənqidini rədd edib.
Respublikaçılar Partiyasının mətbuat katibi, Ermənistan Milli Məclisinin sədr müavini Eduard Şarmazanov deyib ki, Ter-Petrosyan prezident olarkən müsahibələrinin birində Qarabağın Azərbaycanın tərkibində olmasına razılıq verib.
“Ən azı qəribədir ki, Artsax haqqında, onun itirilmək təhlükəsi haqqında danışan şəxs öz prezidentliyi dövrünün əvvəlində, 1992-ci ildə martın 5-də “Komsomolskaya pravda” qəzetinə müsahibəsində qeyd edirdi ki, Dağlıq Qarabağ muxtar vilayət qismində Azərbaycanın tərkibinə daxil olmalıdır.“İlur.am” saytında dərc edilmiş bəyanatında Ermənistanın sabiq lideri pezident Sarksiyanın istefasının zəruriliyini əsaslandırmağa çalışıb.
Levon Ter-Petrosyan qeyd edir ki, prezidentin "diqqətsizliyi, daha doğrusu, avantürist siyasi çaşbaşlığı sayəsində” ölkəyə istər Qərbdə, istərsə də Rusiyada “etibarsız partnyor şöhrəti qazandırıb”.
“Yaranmış vəziyyət zahirən mücərrəd görünsə də, əslində Ermənistan və Qarabağ üçün faciəli nəticələrə gətirə bilər”, - Ter-Petrosyan qeyd edir.
Lakin hakimiyyət nümayəndəsi Eduard Şarmazanov Serj Sarkisyanın “etibarsız tərəfdaş“ kimi qəbul olunması iradlarına gəldikdə, deyir ki, “kiminsə etimad itirdiyinə gəldikdə, xalqın etimadını vaxtilə müxalifətin lideri Ter-Petrosyan və onun ətrafı itirib”.
Ermənistanın sabiq prezidenti bildirir ki, ölkənin etibarlı tərəfdaş imicinin bərpa edilməsi və “ümumdünya xalqlar ailəsində layiqli yer tutması” üçün əsaslı sistem islahatlarına ehtiyac vardır.Lakin hakimiyyəti şəxsi maraqlar naminə hərəkət etməkdə suçlayan Levon Ter-Petrosyan bildirir ki, belə islahatları gözləmək “nadanlıqdır”.
Ter-Petrosyan hesab edir ki, Sarkisyan çox istəsə belə, heç bir müsbət addım atmağa qabil deyil: “Şahmat dili ilə desək, o, suqsvanq vəziyyətinə düçar olub: istənilən gediş qaçılmaz məğlubiyyətə aparır”.
Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov sabiq prezident Levon Ter-Petrosyanı “müvəffəqiyyətsizliyə uğramış siyasi təqaüdçü” adlandıraraq, birinci prezidentin xarici siyasət məsələlərində məsləhətlər verməyə haqqı olmadığını bildirib.Hakim partiyan sözçüsünün görə, “unudulmuş siyasi xadimlərin özlərini xatırlatmaq ehtiyacı" vardır.