Urmu gölünü qurtarmaq üçün heç bir layihə icra edilməyib!

Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd İsmail Səidi Urmu gölünün nicatı üçün heç bir layihənin icra edilmədiyini deyib.

O, duz fırtınasının baş verməsi və məsulların bu faciənin qarşısını almaq üçün vədlər verməsi ilə bağlı danışaraq bildirib ki, “qəbul edilən layihələrin heç biri icra edilməyib.

Əslində Urmu gölünü  qurtarmaq üçün çox gec olub, lakin tezliklə ciddi tədbirlər görülməlidir. Çünki, gecikməklə bölgənin turizmi zərər görür, yeraltı suları məhv olur, duz fırtınaları əkin ərazilərini məhv edir və insanlarda tənəffüs xəstəliklərinin yaranmasına səbəb olur”.

Qeyd edək ki, İran rejimi yanlış siyasətlə Urmu gölünə tökülən çayların qarşısında sədd çəkməklə qəsdən gölün qurumasına səbəb olub. Həsən Ruhani isə seçki təbliğatında gölün qurtarılmasına söz versə də, göründüyü kimi hələlik heç bir əməli iş görülməyib.

əsas linklər