İran parlamentində “ABŞ-a ölüm!” şüarı səsləndirilib

İran parlamentində “ABŞ-a ölüm!” şüarı səsləndirilib.

APA-nın İRNA-ya istinadən məlumatına görə, noyabrın 3-də İran parlamentinin sədr müavini Seyid Məhəmməd Həsən Əbuturabifərd ölkədə Ümumdünya İmperializmlə Mübarizə Günü kimi qeyd olunan 4 noyabrın mahiyyəti ilə bağlı çıxış edib.

Vitse-spiker çıxışını tamamladıqdan sonra millət vəkilləri bir ağızdan “ABŞ-a ölüm!” şüarını səsləndiriblər.

 Qeyd edək ki, 1979-cu il noyabrın 4-də isə ABŞ-ın İrandakı səfirliyi hücum nəticəsində tutulub və diplomatik korpusun əməkdaşları girov götürülüb.

Bununla da İranla ABŞ arasında diplomatik əlaqələr tamamilə kəsilib.

Həmin vaxtdan bəri hər il noyabrın 4-ü İranda Ümumdünya İmperializmlə Mübarizə Günü kimi qeyd olunur və ölkənin dörd bir tərəfində izdihamlı yürüşlər keçirilir.

əsas linklər