Urmiyə gölü ilə bağlı yeni etiraz dalğası

Qurumaqda olan Urmu gölü Güney Azərbaycanlıların gündənmindən düşmək bilmir.

Göldən başlayan duz fırtınası bölgəni bürüdükcə Azərbaycan xalqının dözümü də tükənir. Xüsusi ilə Urmiyənin milli-mədəni fəalları gölü qurtarmaq üçün ciddi fəaliyyətə başlayıb və bu zəmində yeni etirazlara start veriblər.

Bazar günü (yekşənbə) Urmiyənin “Şəhrdari” voleybol takımı (tim) ilə “Kale Amol” takımı arasında keçirilən müsabiqədə 6 mindən artıq müsabiqə tamaşaçısı Urmu gölü ilə bağlı “Gəlin gedək ağlayaq – Urmu gölün dolduraq” kimi şüarlar səsləndirərək etirazların yenidən vüsət alacağına işarə vurublar.

“Şəhrdari” takımının uduzmasına rəğmən urmulu  soydaşlarımızın arasında coşqulu milli həyəcan yaşanıb. Onlar “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” kimi şüarlar səsləndirərək bir daha sübut ediblər ki, Azərbaycan xalqı heç də içi boş vədlərə uymayacaq və öz hüquqlarının təmini uğrunda mübarizəyə aparıb və bu istiqamətdə (cəhət) gərəkən etirazlara davam edəcək.

Sözü gedən voleybol müsabiqəsində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) amilləri və polis əməkdaşları səsləndirilən şüarları səngitmək üçün səylər göstərsələrdə, heç nəyə nail olmayıblar və soydaşlarımız öz etirazlarını gur səslə dilə gətirə biliblər.

Etiraz səhnəsini müşahidə edən yerlilərimiz yeni etiraz dalğasının başlayacağı ehtimalını istisna etməyiblər.

əsas linklər