XİN: İranda Qarabağ konfransı Azərbaycan hökumətinin etirazından sonra təxirə salınıb
İran Xarici İşlər Nazirliyi noyabrın 6-da Təbrizdə keçirilməsi planlaşdırılan Qarabağ konfransının təxirə salınmasına münasibət bildirib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib ki, belə bir konfransın keçirilməsin təşəbbüskarı bir qeyri-hökumət təşkilatı olub:

“Ancaq Azərbaycan hökuməti bu məsələdən xəbərdar olduqdan sonra etirazını bildirdi. Ona görə də konfrans həmin təşkilatçı qurum tərəfindən təxirə salındı”. 

əsas linklər