İran rejimi Qərbi Azərbaycan əyalətini Kürdüstan kimi qələmə verir

İran rejimi Azərbaycan həqiqətlərini təhrif etməklə Qərbi Azərbaycan əyalətini Kürdüstan kimi qələmə verir.
Rejimin “Camecəm” qəzeti son nömrələrinin birində Qərbi Azərbaycan əyalətinin adını Kürdüstan əyaləti şəklində yazıb. Qəzetdə Mahabadla bağlı xəbərdə yazılıb: “qarğıdalı satan 27 yaşlı Kürdüstan əyalətində Mahabad şəhərinin şəhər şurasının ikinci üzvü seçilib”.
Göründüyü kimi rejimə bağlı qəzet açıq şəkildə Azərbaycan əyalətinin adını dəyişib, Kürdüstan yazır. Ümumiyyətlə rejim illər öncədən Qərbi Azərbaycan torpaqlarını kürdləşdirmək, Azərbaycanın bu qədim ərazisini kürd bölgəsi kimi göstərmək üçün plamlı şəkildə işləməkdədir. Bir müdət öncə isə Əliəkbər Vilayətinin prezident seçkiləri təbliğatı ilə bağlı Urmiyəyə gəlişində dövlət tərəfindən təşkil edilən qarşılama mərasimində kürd geyimi geyindirilmiş oğlan uşağını onun qarşısına çıxarıblar. Onlar beləliklə Urmiyə və Qərbi Azərbaycanı kürd ərazisi kimi göstərmək istəyiblər. Rejimin bu planlı və qərəzli hərəkəti Azərbaycanda əhalinin qəzəbinə səbəb olmuşdu.

əsas linklər