Rusiya prezident Vladimir Putin Federal Miqrasiya Xidmətinə tapşırıq verib
Rusiya
prezid
ent Vladimir Putin hesab edir ki, Federal Miqrasiya Xidməti xarici vətəndaşları şəkillərinə görə tanımaq üçün “ağıllı kamera” və mobil proqramlardan istifadə
edilə bilər.
Rusiya mətbuatının verdiyi xəbərə görə, İnternet texnologiyalarının təqdim edildiyi tədbirlərin birində “Re Action” şirkətinin rəhbəri Aleksandr Xanin onun şirkətinin proqramını Federal Miqrasiya Xidmətinə təklif edib. Onun fikrincə, bu proqram əməkdaşların vəzifə yükünü azaldacaq.
Bu layihə dövlət başçısının marağına səbəb olub. “Bunu MDB ölkələri arasında viza rejimi olmasa tətbiq etmək olar. Viza yoxdu, ehtiyac yoxdu. Amma, bu cür texnika insan haqqında məlumat verə biləcəksə, bu çox effektiv ola bilər”, - deyə Putin bildirib.
Putin miqrasiya xidmətinin proqramlardan mümkün istifadəyə dair təkliflər hazırlamağı tapşırıb.