
Araz Ataxan: “Bütün GAİP liderlərini ehtiyatlı olmağa çağırıram”
-Araz bəy Ataxan saytlarda sizə qarşı teroro saldırısı olduğunu oxuduq bu haqda sizin özünüzdən eşitmək istərdik.İlk olaraq olay haqqında fikirlərinizi bimək istərdik. Necə oldu sizə saldırdılar?
21 oktyabr bazarertəsi axşamı evimin girişində arxadan çiynimə elektro-şok verildi və elektrik şokun təsirindən yerə yıxıldım. Bundan istifadə edib, həmən məni evimin içinə sürükləyrək evi basıdılar. Əllərimi- ayaqlarımı kələpçə ilə bağladılar . Hər şey bir anda və surətlə oldu. Qollarım -ayaqlarımı bağladıqda təpik, yumuruqla vura-vura mənə aid sənədlərin harada olduğunu soruşdular. Teroristlərdən biri ayağını üzümə basmışdı başqaları evi axtarırdılar. Başımın üzərində ayağın üzümə basan terorist ara-sıra yumruq-təpik vurudu və pıçaqla təhdid edirdi və “sənədlərin yerin deginən” deyə davamlı vururdu . Çox profisional idilər. Evdə siqnalizasiya sistemini xəttdən ayırdılar ki, səs salmasın və evin telefonun və internetini belə kəsdilər. Qıssa bir zaman içində evi ələk-fələk elədilər. Mətbəxtə, yataq otağında nəyisə axtarırdılar. Bunu edə-edə də məni o kivar təpikləyirdilər.
-Teroristlər neçə nəfər idilər və sizdən hansı səndi istəyirdilər, evdən nəsə tapdılarmı? Ümumiyyətlə hansı dildə danışırdılar? Basqınçılar milliyətcə farlar ola bilrdilərmi ?
3 nəfər idilər. Başqa adamlarıçöldə vardı ya-yox bilmirəm. Üzlərində bağlı şal varıdı və ancaq gözlərı görünürdü, 3- də eyni geyimdə idi və sanki binada iş görmüşdülər. Əllərində əlcək ,biri xaric hamsının üzü bağlı tapança, pıçaq və elektirk-şok cihazı daşıyırdılar .Bilgisayarımı girməyə çalışırdılar.Demək GAİP-ın səndlərini və arxivin istəyirdilər. Holland dilini ləhcə ilə danışırdılar və ləhcələr idi. Mənim danışığım isə ərərb ləhcəsidir. Evdən topladıqlarını götürüb qaçarkən panik olub və yığdıqları bir torbada buraxdılar.
-Qaçanda dediyiniz?Niyə qaçdılar ?
Bunlar çox arxayındılar siqnalizasiyanı və telfonu kəsmişdilər, biri ayağın mənim üzümə basib o birləri axtarış edirdilər.Mənim nəzərimdə onılar o gecə səhərə qədər orda qalib, istədiklərini almaq üçün məni işkəncə edib sonda da öldürəcəklərdi. Evi axtaranlar sanki nəsə tapmışdılar kimi danışırdılar. Bu anda mənim üzümə ayağını basan o iki nəfərin yanına getdi. Mən baxdım məni içəri basıb yıxarkən,evin açarları məndən təxminən yarım metir aralı yerə düşüb. Dığırlandım arxam açara yaxınlaşdı və açarı aldım . Açarın üzərində partiyanin tədbirlə yerləşdiridiyimiz ikinci zapas (yedek )alarım var. O həm binaya həm də polisə bağlıdır. Hətta parkda gəzən zaman həmin düyməni basrasam, həmən polis gələr olay yerinə.
Mən alarma basdıqda evin alarmıda baxmayaraq ki, ev moduna qoymuşdular, amma işə düşdü. Yəni elə tənzim etmişdik ki, nə vəziyətdə olarsa əlimdəki alarm ana alarmdı. Alarm çaldığında bunlar panik oldular. Çünki bunu hesablamamışdılar. Və alarımı da ev moduna salmışdılar və bunu gözləmirdilər və onları çox panik elədi və qaçdılar . Oqədər panik olmuşdular ki, topladıqlarını da bir tobaya yığmışdılar onuda almadan qaçdılar. Alarmın səsinə qonşular töküldü ki, bəlkə yanqğın var. Mənim adıma cağırırdılar ki, alarmın niyə çalır, 3 dəqiqə çəkmədi polis yetışdi. Mənim əl ayağmı açtdi. Hadisəni öyrəndik də məni daha güvənli bir yerə götürdülər.
-Polis müdaxiləsindən sonra xəbəriniz varmı ki, nələr olunb ya nələr tapıblar?
Evimin hər yerin barmaq izləri üçün özəl polis müfəttişləri araşdırmağa başladılar və barmaq izləri topladılar .Binanın kamerların yoxlamağa başladılar.Teroristləri yaxalamaq üçün lazım olan dəliləri topladılar .Holandiyanın cinayət axtarış polisi,siyasi polisi və məsləyə əl qoyub və bəlli ipuclarına da çatıblar.
-O zaman polis teroristlərin kim olduğun bilir?
Polis bizə çox bilgi vermir. Bir həftədən artıq vaxt keçir. Prosesi izləyirik. Həm siyasi həm cinayət üzrə holan polisilə hər gün görüşlərimiz oldu . hər dəfə soruşduğumda ki, nə əldə etmisiniz? dedilər bunu deyə bilmərik . Hətta ilk gündən məndən istədilər ki, məsələni gizli saxlıyım. Amma mən dedim ki, bu siasyi məsələ olduğu üçün mən mutləq partiyama və siladaşlarıma deməliyəm. Çünki yəqin onlara qarşı da teror baş verə bilər və onlar bu hadisələrə qarşı tədir alamqları vacibdir. Hər halda polis bilgi verməsə də bizə bəlidir kim bu teror olayını arxasındadır. Bu sadəcə İran işğal rejimidir vəsəlam.
-Nədən Güney Azərbaycan İstiqlal Partiyasını bu qədər hədəf alıb İran rejimi ? GAİP-nınn başqa üzvülərinə qarşı bu tip hadisələr baş veribmi?
GAİP-nın açıq şəkildə istiqlalçı olduğu birnci amildir. İikincisi GAİP-nın radikal mövqe ortaya qoyaraq gənclərin vasitəsi ilədə Güney Azərbaycan Milli azadlıq hərəkatını İrana qarşı radikalaşdırırb inqilaba çəkməsi. Üçüncüsü GAİP Güney Azərbaycan təşkilatlarının içində ən güclü , ən radikal və ən monalit təşkilatdır və bunlar İran rejimini qorxuya salıb. O üzdən də GAİP-a hücum rejimin ön planındadır. Ancaq hesab edirəm ki,bunlar durmayacaqlar və GAİP-nın bütün üzvülərinə qrşı bu tip hücumlar olacaq. Ona görə də bu fürsətdən yaryarlanaraq bütün milli təşkilat və şəxsiyətlərimizin diqqətli olmaların və gərərkən güvənlik önləmlərin almalarını xahiş edirəm.