“Dağlıq Qarabağı de-fakto çoxdan tanımışıq, de-yure tanınma isə hələlik məqsədəuyğun deyil”
“Ermənistan hesab edir ki, Dağlıq Qarabağın de-yure tanınması məqsədəuyğun deyil”.

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan parlamentdə çıxışında deyib.

 Ş. Köçəryan bildirib ki, Ermənistan de-fakto olaraq Dağlıq Qarabağı müstəqil dövlət kimi çoxdan tanıyıb: “Ermənistanla DQR arasında bərabərhüquqlu əsasda 100-ə yaxın müqavilə imzalanıb”.

 Ş. Köçəryan qeyd edib ki, danışıqlar prosesində başlıca məqsəd elə “DQR”in tanınmasıdır: “Lakin Dağlıq Qarabağın tanınması məsələsində Ermənistan Türkiyənin Şimali Kipr məsələsində olduğu kimi, tək qalmamalıdır”.

 Nazir müavini onu da əlavə edib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda durğunluq prosesə Dağlıq Qarabağın daxil edilməməsi ilə əlaqədardır.

əsas linklər