
Noyabrın 22-də Bakıda Excelcior Hotelində ATEV (Azərbaycan-Türkiyə Evi) təşkilatının təşəbbüsü ilə “Atatürk və Türk Milləti” adlı simpozium keçiriləcək.
”Qafqazinfo”nun məlumatına görə, simpoziumda Türkiyə və Azərbaycan parlamentlərinin deputatları, alimlər, Atatürk irsinin araşdırıcıları iştirak edəcəklər.
Bununla yanaşı, Qazaxıstan, Özbəkistan, Macarıstan, Makedoniya, Krım, Quzey Kıprıs, Bolqarıstan, Yunanıstan, Güney Azərbaycan, Doğu Türküstan, Dağıstan və digər ölkələrdən “Türk Dünyası və Mustafa Kamal Atatürk” mövzusunda elmi tədqiqatlar aparmış mütəxəssislər simpoziumda təmsil olunacaqlar.