
|
ETTELAAT İsmayıl Bərzigəri 2011-ci ilin mayında tutub. O Tehranın Evin zindanında saxlanır
Tehranın Evin zindanında saxlanan 50-yə yaxın siyasi məhbus birgə açıq məktub yazaraq azərbaycanlı bəstəkar və həkim İsmayıl Bərzigərin səhhətinin ağır olduğunu bildirib. Məhbus mövcud durumuna etiraz olaraq bundan əvvəl də bir neçə dəfə aclıq etsə də, təəssüflər olsun ki, zindan rəhbərliyi onun heç bir tələbinə əhəmiyyət verməyib. Biz uzun müddətdir aclıqda olan azərbaycanlı bəstəkar İsmayıl Bərzigərin səhhətinin ciddi təhlükədə olduğunu bildirir, zindan rəhbərliyindən, eləcə də İran Məhkəmə Sistemi rəsmilərindən onun təcili müalicə alması üçün şərait yaradılmasını tələb edirik”. |