İranın Qərbi Azərbaycan vilayətində zəlzələ olub

İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, zəlzələnin episentri İranın Qərbi Azərbaycan vilayətinin Təzəşəhr şəhəri yaxınlığında olub.

 3 ballıq yeraltı təkanlar noyabrın 27-də Bakı vaxtı ilə saat 06:06-da (Tehran vaxtı ilə 05:36-da) yerin 10 km dərinliyində qeydə alınıb.

Zəlzələ Təzəşəhrdən 58 km və Salmasdan 64 km aralıda baş verib.

 Dağıntı və tələfat barədə məlumat yoxdur.

əsas linklər