
İranın Buşəhr vilayətində Borazcan şəhərindən 14 kilometr məsafədə 5,7 bal gücündə zəlzələ baş verib.
Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Seysmoloji Xidməti xəbər yayıb.
Yerli vaxtla saat 17:21-də baş vermiş zəlzələ nəticəsində bəzi evlərə ziyan dəydiyi bildirilir.
"Fars" agentliyinin məlumatına görə, zəlzələnin mərkəzi Buşəhr şəhərinin 65 kilometrliyində yerləşən Borazcan şəhəridir.
Zəlzələ Buşəhr əyalətinin bütün bölgələrində hiss olunub. Əhali təşviş içində küçələrə axışı