
“Ermənistan Azərbayanın 20 faiz torpaqlarını işğal edib, minlərlə insanımızı qətlə yetirib və hazırda işğal siyasətini davam etdirir”.
Bu sözləri Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin başqanı, tanınmış diaspor fəalı İlhan Aşkın “Sülh TV”-nin açılması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən dedi.
“İndi də hansısa maraqlara xidmət üçün belə bir televiziya açırlar. Ermənilər yaxşı dərk etməlidirlər ki, Qarabağın işğal altında qalması ölkənin bütün infrastrukturunu sıradan çıxaracaq. Çünki Ermənistan rəhbərliyi ölkəni təcridə aparır. Bunun ən çox zərərini sadə ermənilər ödəyəcəklər.
Bölgədə sülhün yaranması zəruridir, amma bunun arxasında həqiqət və ədalət dayanmalıdır. Ermənistan işğal olunmuş torpaqlardan geri çəkilməmiş hansısa layihədə iştirak etməsi millətə qarşı xəyanətdir və buna qətiyyən yol vermək olmaz”.