Əhməd Davudoğlu Ermənistana səfər edəcək

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dekabrın 12-də Ermənistana səfər edəcək.

Ə.Davudoğlu Yerevanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Bir müddət əvvəl Türkiyə XİN rəhbərinin müşaviri Osman Sərt Ə.Davudoğlunun Ermənistana səfərinin sual altında olduğunu bildirmişdi.

əsas linklər