
“Traxtur” futbol takımının komandasının tutulan tərəfdarları Təbrizdə polis idarəsinin təhlükəsizlik bölümünə çağırılıblar.
Noyabrın 29-da (azərin 8-də) Urmiyə gölü ilə bağlı şüar verdiklərinə görə tutulan 12 nəfər tərəfdar 1 gün sonra vəsiqə qarşılığında zaminə buraxılmışdılar. İndi isə onlar yenidən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağrılıblar.
Qeyd edək ki, stadionda döyülərək tutulan Azərbaycanın müxtəlif şəhərlərindən olan fəallar Behnam İslami, Savad Pursaleh, Həsən Əhmədi, Qasim Dərəfşi, Əkbər Dərəfşi, Əli Məsumi, Hüseyn Nərimanzadə, Əmir Təəvizi, Müctəba Kəmali, Cavad Kəmali, Əkbər Tahiri və Hüseyn Nərimanzadədən ibarətdirlər.