İranda nəşr olunan dərgidə türklərə qarşı inanılmaz təhqir...

İranda nəşr olunan “Mehrnamə” dərgisi ayda bir dəfə yayılır və müxtəlif mövzularla bağlı məlumat dərc olunur.

Dərginin 29-cü sayında Azərbaycan və Milli Azadlıq Hərəkatı ilə bağlı bir müsahibə dərc olunub. Müsahibədə türk, Azərbaycan və Milli Azadlıq Hərəkatı hədəfə alınıb və inanılmaz təhqirlər dilə gətirilib. Müsahibə sonra “Azərilər” saytında yenidən dərc olunub. Söhbət əslən Təbrizdən olan ama fars şovinizmi mövqeyində olan, öz millətinə qarşı inanılmaz təhqirlərdə bulunan Seyid Cavad Təbatəbainin müsahibəsindən gedir.

Müsahibədə Seyid Cavad Təbatəbaiyə müxtəlif suallar verilir, o isə türk millətinin kimliyinə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına və s. qarşı ən alçaldıcı fikirləri söyləməkdən çəkinmir.

O qısaca bunları söyləyir:

“  Ferqey-i demokrata heç vaxt müsbət baxmamışam. Azərbaycanın İrandan ayrılmasınada heç bir şəkildə müsbət baxmamışam. Əhali firqey-i demokratla bağlı əfsanə yaratmışdı. Guya ki bir çox fədakarlıqlar edib. Lakin bu elə deyil. Ancaq bəzi müsbət işlər də görmüşdür. Qaldı ki, İran məsələsinə gəlincə mənim üçün İranın birliyi müzakirə edilməz bir prinsipdir. Pişəvəri və onun tərəfdarları hansısa planları ola bilərdi. Ama bu millətin istəyi ilə üst-üstə düşmürdü. Əgər azərbaycanlılar İrandan ayrılmaq istəsəydilər, onda Tehran hakimiyyəti Təbrizi ala bilməzdi. Firqə Tehran ordusu hələ çatmamış Azərbaycanın bir çox ərazisini boşaltmışdır. Heç vaxt azərbaycanlılar türk olmağı, İran milliyyəti duyğusundan üstün tutmayıb. Mən türk sözünü elə-belə işlədirəm. Azərbaycanlılar türk deyillər. Onlar türk dili ləhcələrinin biri ilə danışan iranlılardır.

Pantürkistlər dəxli olmayan sözlər danışırlar. Onlar əfsanə toxuyurlar. Onlar hətta zərdüşt peyğəmbərini belə azərbaycanlı hesab edirlər və düşünürlər ki, zərdüşd türk olub və Avesta da türk dilində qeydə alınıb və farslar sonra onu tərcümə ediblər. Pantürkistlər deyir ki, bizi farsca oxumağa məcbur edirlər. Halbu ki, elə deyil. Böyük İran bir mədəni hövzədir. Bizi siyasi olaraq farsca oxumağa məcbur edən olmayıb və yoxdur. Olsa-olsa bu mədəni məcburiyyətdir, siyasi deyil.

Pantürkizmin inkişafı ölkənin idarəçiliyi ilə bağlıdır. Ancaq bölgə ölkələri bunu daha çox alovlandırır. Pantürkistlər siyasətin mürəkkəbliyindən heç nə anlamırlar. Bir sırasıda ölkənin xaricində İran düşmənlərinin dəyirmanına su tökürlər. Pantürkizm ideologiyası tarixlə bağlı bir sıra əfsanə toxunmasıdır və bu şüursuzluq və savadsızlığa gətirib çıxarıb. Siz Azərbaycan Respublikasının televiziyasını nəzərə alın. Bir proqramda gördüm ki, İbn Sinanı azərbaycanlı hesab edirlər. Ona görə ki, İbn Sina Həmədanda nazir olub... və buna görədə o azərbaycanlıdır. Yəni İbn Sina Azərbaycanın, Azərbaycan isə Azərbaycan Respublikasınındir və onunda prezidenti də şərikləri ilə birlikdə İlham Əliyəvdir! Tarixi bu qədər təhrif etmək çox böyük əbləhlikdir. Əlbəttə ki, İlham Əliyevin bir o qədər savadı yoxdur bunları təhlil etsin. Ama yoldaş Heydər Əliyev yaxşı bilirdi ki, keçmiş Sovetin (Şurəvi) universitetləri və alimləri 70 il bu kimi əfsanələrdən toxumuşdular. Bu gün o elmdən bir qalaq qara kağazdan başqa heç nə qalmayıb. Bir müddət öncə bir kürddə deyirdi ki, İbn Sinanın anası kürd olub və ona görədə o kürddür. Bu fəlsəfə geriyə qalmışlıq fəlsəfəsidir!

Pantürkistlər deyir ki, azərbaycanlılar türkcə oxumalıdırlar! Axı Azəri dilində bəşər mədəniyyətinin hansı əsasli mənbəsi varki, bunlar Azəricə oxumaq və fars dilini tərk etmək istəyirlər?! Azəri dilinin bütün ədəbi mənbələrini iki semestrdə (term) pantürkistlər üçün tədris etmək olar. Yalnız mən bu dilin tədrisinə qarşı deyiləm...

Siz bir adi iranlını bir quzey azərbaycanlı ilə müqayisə edin. Əgər rus vəya ingilis dilində bir neçə söz bilməsə görəcəksiniz ki, Bakının universitet müəllimi İranın bir kəndçı insanı qədər savad və şüura malik deyil. Bu dil ilə bağlıdır. Türk dilində təhsilə zorlamaq, insanları böyük bir mədəni sərmayədən məhrum etmək deməkdir. Hansı ki, onu fars dili yaradıb vəya bu dillə intiqal edilir.

Bunu da qeyd edim ki, bəzi xaricdə yaşayanlar son illərdə İsvəç vəya İsveçrə kimi ölkələrdən bir sıra sözlər öyrəniblər və onlar düşünür ki, Azərbaycan, Quzey Azərbaycana birləşsə cənnət olacaq. Onlar bilsin ki, burda böyük şübhələr var. Hələ tarix göstərməyib ki, yer üzündə cənnət olsun. Elə Quzey Azərbaycan bizim qonşuluğumuzda olan bir cəhənnəmdir. Ona görə ki, Əliyev Respublikası elə Stalin istibdadının davamıdır.

İranda əqəlliyyət (azınlıq) yoxdur. İranda fərqlilik var, hansı ki, bizim mədəniyyət və duyğu dünyamızın zənginliyidir.

Bir zarafat edim. Şəms-i Təbrizinin dönəmi, yəni o zaman ki, Təbriz Azəri dilində - o zamankı mənada_ danışırdı, deyirdilər ki, təbrizli eşşəkdir. Onun səbəbi də Şəmsin bu cümləsidir ki, onun məqalələrini Təbrizin böyük mütəfəkkiri islah etmişdir. Şəms bu barədə deyir: “desələr təbrizli eşşəkdir... Təbrizdə böyüklər var. Mən onların ən kiçiyuiyəm!” Mən bütün bunları ölkənin gücü hesab edirəm."

əsas linklər