
İran Şura Məclisinin 25 üzvü vilayətlər (ostanlar) üçün nəzərdə tutulmuş büdcəyə etiraz əlaməti olaraq istefa verib.
SalamNews-un İran mətbuatına istinadla verdiyi xəbərə görə, parlamentin Lorestan vilayətindən olan yeddi və Xuzestandan olan 18 nümayəndəsi təmsil etdikləri vilayətlər üçün ayrılmış illik büdcənin azlığından şikayətləniblər.
Onlar etirazlarını Şura Məclisinin Rəyasət heyətinə bildiriblər. Məclisin Rəyasət heyəti isə istefa ilə bağlı hər hansı bir bildirişin daxil olmadığını bəyan edib.