Avropa Birliyi İrana 6 ay vaxt verdi

Avropa Birliyi (AB) İrana 6 ay möhlət verib. APA-nın məlumatına görə, bunu AB-nin iqtisadi müşaviri Mehrdad Emadi bildirib.

Onun sözlərinə görə, AB-nin İranın yeni prezidentindən gözləntiləri ümidvericidir və Həsən Ruhaninin növbəti 6 ay içərisində etimad qazanmaq üçün addımlar atacağına inanır: “AB Həsən Ruhani ilə bağlı hələlik tez bir zamanda qərar verməyə tələsmir. Qurum ən azı 90, ən çoxu da 180 gün sonra İranın atacağı addımlara görə bir qərara gələcək”.

əsas linklər