Fransa qondarma “erməni soyqırımı”na dair qanun layihəsini yenidən gündəmə gətirir

 

Erməni lobbisinin güclü olduğu Fransada qondarma “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanun layihəsi yenidən parlamentə göndəriləcək.

Gün.Az haberler.com portalına istinadən xəbər verir ki, Fransanın nüfuzlu “Le Monde” qəzetinin yazdığına görə, sözügedən layihə ölkə parlamentinə 2014-cü ilin mayından tez təqdim olunmayacaq.

Həmin qanun layihəsinin qəbulunu Fransanın dövlət başçısı Fransua Ollandın seçki vədi olduğunu xatırladan “Le Monde” bu addımın məhz 2014-cü ilin mayından sonraya nəzərdə tutulmasını prezidentin Türkiyəyə gələn ilin yanvarına planlaşdırılan səfəri ilə əlaqələndirib.

Qeyd olunur ki, həmin qanun layihəsi bir müddət əvvəl Fransa Milli Məclisi və Senatında təsdiqlənsə də, ölkənin Konstitusiya Məhkəməsi tərəfindən rədd edilmişdi.

əsas linklər