Sloveniyada Mixayloya abidə ucaldıldı

Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin 95 illik yubileyi münasibətilə Sloveniyanın Çepovan qəsəbəsində memorial abidənin açılışı olub. 
Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi, Sloveniyanın Müdafiə Nazirliyi, Dövlət Neft Şirkəti (ARDNŞ) və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş silsilə tədbirlərdə Sloveniyanın müdafiə naziri Roman Yakiç, Azərbaycanın Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Vaqif Məmmədov, ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycanın Avstriya, Macarıstan, Polşa, Xorvatiyadakı səfirləri, ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov, Oğuz rayonunun icra başçısı Eyvaz Qurbanov, Mixaylonun ailə üzvü Fuad Əlizadə, Mixaylo ilə çiyin-çiyinə döyüşmüş silahdaşları, Sloveniya ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. 

Nümayəndə heyəti ilk olaraq Mehdi Hüseynzadənin həlak olduğu və abidəsinin ucaldıldığı Nova Qoritsa rayonunun Şempas qəsəbəsinə gəlib, burada abidə önünə əklil qoyulub.
Sonra nümayəndə heyəti Çepovan qəsəbəsində qardaşlıq qəbiristanlığında uyuyan Mehdi Hüseynzadənin məzarını ziyarət edib. Burada yaradılmış yeni memorial abidənin açılışı olub. Memorial abidə ARDNŞ ilə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə yaradılıb.

əsas linklər