
Şimali Kiprin Yaxın Doğu Universitetində təhsil alan azərbaycanlı tələbə Niyazi Səlimbəyli “Qarabağ” filminin çəkilişlərini başa çatdırıb.
Gün.Az xəbər verir ki, film Gənclər Fondunun maliyyə dəstəyi ilə, universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlib.
Qarabağ müharibəsindən bəhs edən 18 dəqiqəlik filmin lentə alınmasının əsas məqsədi gənclərin gözü ilə Qarabağ həqiqətlərini bir daha dünyaya çatdırmaqdır.
Filmdə baş rollarda Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk çəkiliblər. Ekran əsərində, həmçinin Ukrayna, İraq, Şimali Kipr, Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar da rol alıblar.
Film yaxın günlərdə Youtube kanalında da yerləşdiriləcək.
Qeyd olunan linkdən ekran əsərini izləmək mümkündür:
https://docs.google.com/file/d/0B6e2nbVN6uRpUFZaRmkyc3o0QjA/edit