
Zəlzələnin mərkəzi Qeraş şəhərindən 64 kilometr cənub-şərqdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb
İranın cənubunda 5.5 ballıq zəlzələ baş verib.
ANS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Avropa-Aralıq dənizi seysmoloji mərkəzi yayıb.
Zəlzələnin mərkəzi Qeraş şəhərindən 64 kilometr cənub-şərqdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
İran tele-kanalları xəbər verir ki, Hörmuzqan əyalətində 5,5 ballıq zəlzələdən sonra 4,3 bal gücündə daha bir zəlzələ baş verib.
Son məlumatlara görə, zəlzələ nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Hörmuzqan əyalətinin Bəstək şəhərində evlərə ziyan dəyib.