
Elçibəy Şükrü Karaca ilə birlikdə “Yəmən” türküsünü oxuyub
Dünən vəfat edən Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun siyasi müşaviri Şükürü Karacanın Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə videosu yayılıb.
Piknik şəraitində çəkilmiş videoda Əbülfəz Elçibəy, Şükrü Karaca və daha bir neçə nəfər birlikdə “Yəmən” türküsünü oxuyurlar.
Türkünün sözlərindən kövrələn Elçibəy tez-tez gözyaşlarını silir.
Video 1996-cı il iyulun 3-də çəkilib.