
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yanvarın sonunda görüşəcəklər.
ANS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünün yanvarın üçüncü ongünlüyündə keçirilməsi planlaşdırılır.
Verilən məlumata görə, yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin nizama salması üçün Cenevrəyə baş çəkəcəklər və ATƏT-in qüvvədə olan sədriylə danışıqların aparılması gözlənilir.