İranda bir nəfər edam edilib

İranın Kohgiluyə və Boyer Əhməd vilayətində bir nəfər edam edilib.APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, məhbus qətldə günahlandırılaraq dara çəkilib. Onun ad və soyadı açıqlanmayıb, yalnız Ləndəh şəhərinin sakini olduğu qeyd edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 7-də səhər saatlarında Gəcsəran həbsxanasında icra olunub.

 

Qeyd edək ki, ötən ay İranda 80-dən çox məhbusun edam edildiyi bildirilir. 

əsas linklər