Qarabağda itkin düşənlərin siyahısına 4 min adam da artırıldı

BQXK-nın İrəvandakı nümayəndə heyətinin rəhbəri itkin düşənlərin bioloji göstəricilər bazası yaradıldığını deyib

Qarabağ müharibəsində itkin düşənlər siyahısına daha 4 min adam daxil edilib. ANS-in “NEWS.am”a istinadən bildirir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvandakı nümayəndə heyətinin başçısı Sara Epreht bildirib. 

"Biz itkin düşənlərin ailələri ilə fəal şəkildə çalışırıq. Bu istiqamətdəki proqramlara psixo-sosial yardım daxildir, yəni hüquqi problemlər, sağlamlıqla bağlı məsələlər, həmçinin ictimai problemlər əhatə edilir”,- deyə o bildirib. 

Ebrehtin sözlərinə görə, hazırda itkin düşənlərin bioloji göstəricilər bazası yaradılır. 

əsas linklər