
APA-nın “Panarmenian.net”ə istinadən xəbərinə görə, siyahıyaalma nəticəsində məlum olub ki, 2001-2011-ci illərdə Ermənistan əhalisinin sayı 190 min nəfər azalıb.
Siyahıyaalmanın keçirildiyi 2011-ci ilin oktyabrında Ermənistanda 2,8 mln. nəfərdən az adam qalıb. 10 il əvvəl bu rəqəm 3 mln. olub. 2012-ci ildə isə ölkəni tərk edən 42 min Ermənistan vətəndaşı geri qayıtmayıb.
Son məlumatlara görə, Ermənistanda 1,6 mln. qadın (52%) və 1,4 mln. kişi yaşayır. Əhalinin 1 mln. nəfərdən çoxunun (40%) orta təhsili, 500 min nəfərinin (20%) ali təhsilə malikdir.
Ermənistan əhalisinin 600 min nəfəri işləyir. Kənd təsərrüfatı ilə 300 min nəfər, digər işlərlə 89 min nəfər məşğul olur.
1,3 mln. Ermənistan vətəndaşı ailəsinin himayəsində yaşayır. Nikahda olanların sayı Ermənistan vətəndaşlarının yarısını təşkil edir və onların əsasən iki uşaqları var.