İran parlamentindəki azərbaycanlı millət vəkilləri Mahabadın kürd kökənli millət vəkili Osman Əhmədinin Azərbaycan torpaqlarında “Şimali Kürdistan” vilayətinin (ostan) yaradılması təklifinə sərt etiraz ediblər.
Qoşaçay, Tikantəpə (Tikab) və Sayınqalanın (Saindej) millət vəkili Mehdi İsazadə O. Əhmədinin Qərbi AzərbaycandanKürdüstan əyaləti yaratma təklifinə etiraz edib.
M.İsazadə bildirib ki, əgər yeni vilayətin (ostan) yaradılması nəzərdə tutulacaqsa, onun mərkəzi Mahabad deyil, Qoşaçay olmalıdır. Mahabadı isə bir məntəqə kimi həmin vilayətə qəbul etmək olar. O azərbaycanlıların birliyinin zəruri olmasını bildirərək deyib:
“Azərbaycanlıların parçalanmasını qəbul edilə bilməz... Qoşaçay 800 şəhidin qanı ilə yoğrulub. Bura şəhidlərin sərvəri olan Mehdi Bakiri diyarıdır...!
Maku, Şot, Poldəşt və Çaldıranın millət vəkili də O.Əhmədinin təklifinə etiraz edib. Məhəmməd Əlipur bu təklifi kürd millət vəkilinin sadəcə şəxsi fikiri ola biləcəyini bildirərək deyib:
“ “Şimali Kürdistan” vilayətinin yaradılmasını imkansız hesab edirəm. Buna heç bir cəhətdən əsas yoxdur. Qərbi Azərbaycan nümayəndələri bir-birləri ilə sık anlaşma içindədirlər və hər kəs bilir ki, Bu vilayət müəyyən zaman kəsiyində düşmənlərdən nifaq zərbəsi alıb...!
Xoy və Çayparanın millət vəkili də bu məsələyə öz etirazıbı bildirib. Hüseyni Sədr bəyan edib ki, “Vilayətlərin artması ölkəyə xeyir gətirə bilər. Lakin bu kürd, türk və ümumiyyətlə qövm məsələsinə gətirib çıxarmamalıdır. Türkiyədə də çoxlu vilayətlər var. Orda 85 vilayət var. Bəlkə Qərbi Azərbaycanda da 3, 4 vilayət ola bilər. Məsələn Xoy mərkəzi olmaqla Şimali Azərbaycan, Urmiyə mərkəz olmaqla Qərbi Azərbaycan, Qoşaçay vəya Mahabad mərkəzi olmaqla Cənubi Azərbaycan və...! Ama bu məsləni heç bir şəkildə qövm məsələsinə çevirmək olmaz.
Bundan öncə Urmiyə əhalisinin millət vəkili də bu məsələyə sərt reaksiya (əksüləməl) verib.
Qazipur, O.Əhmədinin Mahabad şəhəri mərkəzi olmaqla “Şimali Kürdistan” vilayətinin (ostan) yaradılmasını qəbuledilməz olduğunu bildirərək bəyan edib ki, “Əhmədinin fikirləri daha çox təbliğ xarakteri daşıyır və Mahabadlılarla Tikantəpəlilərin (Tikablılar) rəqabəti ilə bağlıdır. Bu məsələ qətiyyən həyata keçirilə bilməz. Birincisi ona görə ki, bu şəhərlərin əhalisi azdır, ikincisi isə bəs qoşaçaylı, sayınqalalı (saindejli) və tikantəpəli aslan kimi kişilər necə olacaq...?! Onlar buna imkan verməzlər...”.
Azərbaycanlı millət vəkili vurğulayıb ki, “Azərbaycan Əminilər və Bakirilər kimi aslanların diyarıdır və heç bir şəkildə Azərbaycanın parçalanmasına icazə vermərik”.
N.Qazipur sözlərinin sonunda kürd millət vəkilinin fikirlərinin təhlükəsizliyə qarşı yönəldiyinə də dolayısı yolla toxunub. O bildirib ki, “Bir neçə ildir dövlət qüvvələrinin cəhdi nəticəsində bölgədə əmin-amanlıq yaranıb. Bu kimi məsələlərin gündəmə gətirilməsi məntəqə əhalisinin ziyanınadır”.
Kürd millət vəkilinin İran parlamentindəki çıxışı və “Şimali Kürdistan” adlı vilayətin yaradılması tələbini aşağıdakı LİNKi tıklayaraq oxuya bilərsiniz: