
“Türkiyə Ermənistanla münasibətləri yeniləmək məqsədi ilə Azrbaycan və Ermənistan arasında olan Dağlıq Qarabağ məsələsində vasitəçi olmağa çalışacaq”. ANS PRESS-in Stratforun saytına istinadən verdiyi məlumata görə, bu fikirlər ABŞ-ın nüfuzlu qeyri-dövlət analitik mərkəzi olan Stratfor-un hazırladığı proqnozda qeyd olunub.
Proqnozda bildirilib ki, Türkiyə və İran Qafqazda irəlliləmək üçün bu ildə başqa sferalarda ciddi addımlar atacaqlar. Rusiya isə regionda üstün olan mövqeyini saxlamağa çalışacaq. Stratfor ekspertləri hesab edirlər ki, İran Azərbaycanda sosial- iqtisadi təsiri artıracaq.
Ekspertlərin fikirlərinə görə, Moskva Gürcüstanla Moldovanın Avropa İttifaqına yaxınlaşmasına mane olacaq, Azərbaycanda və Ermənistanda təsirini saxlayacaq və möhkəmlədəcək, o cümlədən, Ukraynadakı 2015-ci il prezident seçkilərinə mühüm təsir göstərəcək, Avrasiya İttifaqı layihəsi isə Orta Asiya ölkələri hesabına güclənəcək və genişlənəcək.