
Azərbaycanın ilk dəfə olaraq dünya ölkələri tərəfindən müstəqil dövlət kimi tanınması 1920 ci ilin məhz bu günü Parisdə Versal konfransında baş tutub. Sülh konfransında Azərbaycan diplomatları yalnız öz ölkələrinin deyil, bütün Qafqazın müstəqilliyi və siyasi mənəvi birliyi uğrunda mübarizə aparırdılar. Konfransda Azərbaycanı Əli Mərdan bəy Topçubaşov, Əkbərağa Şeyxülislamov, Əhməd bəy Ağaoğlu və s. şəxsiyyətlər iştirak edib.
Araşdırmaçı, Akif Cəfərzadə bu tarixin dünya dövlətləri tərəfindən qəbul edildiyini bildirib: “11 yanvarı dünya dövlətləri qəbul edib. Əsasən İngiltərə, Amerika və Fransa. Paris sülh konfransında qəbul olunub ki, həmin Azərbaycan adlı dövlət qurulsun. Yəni ki qurulub, tanınsın”.
Nümayəndə heyətinin Parisdəki səkkiz aylıq gərgin fəaliyyəti öz bəhrəsini verdi-1920-ci ilin yanvarın 11-də Versal konfransının Ali şürası Azərbaycanın yeni müstəqil dövlət kimi De-Fakto tanınmaları barəsində qərar qəbul elədi. İndi həmin tarixdən düz 94 il ötür.
https://www.youtube.com/watch?v=nBf5qhmhmMw