
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində 13-14 yanvarda Berndə keçirilən görüşlərdən yazıb.
ANS-in məlumatına görə, həmsədr öz "Twitter" səhifəsində yazıb: "İsveçrənin münaqişələri həll etmək təcrübəsi Qafqazda yardım edə bilər".
Daha öncə bildirilmişdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Cak For (Fransa) və Ceyms Uorlik (ABŞ) Berndə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə xarici işlər naziri Didye Burkhalterlə görüşməyi qərara alıblar. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc nizamnamlanması prosesi müzakirə edilir.