ETTELAAT azərbaycanlı fəalı məhkəməyə verib

İran ETTELAAT-nın Ərdəbil şöbəsi Güney Azərbaycan türklərinin Milli haqlarının təmin olunması uğrunda mürbarizlərdən biri Abbas Lisanidən məhkəməyə şikayət verib.

Güney Azərbaycanyönlü informasiya vasitələrinin məlumatına görə, ETTELAAT şöbəsinin ondan şikayət etdiyini məhkəmədən bildiriş vərəqi gələndən sonra məlum olub.

Bu il yanvarın 8-də Abbas Lisaniyə göndərilmiş bildiridə yazılıb ki, o, ETTELAAT-ın Ərdəbil şöbəsinin şikayəti əsasında şəhər məhkəməsinin 5-ci şöbəsinə gəlməlidir.

Abbas Lisaninin Ərdəbil məhkəməsinə milli zəmində apardığı fəaliyyəti ilə bağlı çağırıldığı ehtimal olunsa da, şikayətin konkret məzmunu hələ bəlli deyil.

Abbas Lisaninin məhkəməyə gedib-getmədiyi haqda da hələ xəbər yoxdur.

O, milli haqların təmini, eləcə də Urmiya gölünün qurumasına qarşı etiraz aksiyalarında söylədiyi sərt çıxışlarına görə indiyədək dəfələrlə həbsdə saxlanıb.

əsas linklər