20 yanvar faciəsinin günahkarları nə üçün beynəlxalq məhkəmələrə verilmir?

1990-cı ilin 20 yanvar tarixində törədilən qanlı hadisələrdən düz 24 il ötür. Bu faciənin digər səbəbkarları yəni, cinayəti törədənlər layiqli cəzalarını alıblarmı? ANS PRESS-in politoloqlarla apardığı araşdırma maraqlı faktları üzə çıxarıb. 

Politoloq Qabil Hüseynli 20 yanvar hadisələrinin beynəlxalq məhkəmələrdə araşdırılmalı olmasının vacib olduğunu bildirib: “Bu bir cinayət məsələsidir və məhkəmələrdə mütləq araşdırılmalıdır. Azərbaycan tərəfinin bu məsələ ilə bağlı aşağı instansiya məhkəmələrinə müraciət etmələrinin artıq vaxtı gəlib çatıb". 

Onun sözlərinə görə, bundan sonra məsələ Avropa Məhkəməsinə daşınmalıdır və çalışmaq lazımdır ki, bu məsələ ilə bağlı cinayətkarlar məsuliyyətə cəlb olunsun. Parlamentin də bu barədə müvafiq qərarı var və cinayətkarların da siyahısı göstərilib.
"Q.Hüseynli qeyd edib ki, parlament və məhkəmə qərarlarını birləşdirirərək hadisəyə cinayət xarekterli itiham verilməsinə nail olmaq lazımdır.

Politoloq bu prossesin ləng aparılmasının səbəblərinin Rusiya və keçmiş Sovet İttifaqı ilə bağlı olan bir məsələ olduğunu qeyd edib. O, düşünür ki, indiyə qədər də Rusiya və keçmiş Sovet İttifaqı rəhbərliyi ilə ehtiyatlı davranılıb. 
Q.Hüseynli 20 yanvar faciəsinin beynəlxalq səviyyədə tanıdılması prossesinin lazımı formada aparılmadığını da söyləyib: “Düzdü hər il tədbirlər keçirilir, kitablar yazılır. Amma bu qənaəedici səviyyədə aparılmır. Görünür xalqımız qarşı törədilən bu faciənin tanıdılmasına təkan vermək lazımdır. Bu məsələnin gündəmə gətirməsində ayrı-ayrı ziyalıların, siyasi xadimlərin, siyasi partiyaların, eləcə də dövlət qurumlarının işidir. Bu məsələ əvvəl Azərbaycanın siyasi gündəmində xüsusi yer tutmalıdır”.

Politoloq, bu faciənin dünyada tanıdılması üçün yazarların fəaliyyətinin də qənaətbəxş olmadığı fikrindədir: “Əkrəm Əylislinin fəliyyəti ortalıqdadır. Digərləri də sevgi məhəbbətdən yazırlar. Bizdə mifik prosseslərlə məşğul olan və Azərbaycan xalqının tarixinin son dövlərdə baş verən hadisələri təsvir etməyə çalışan yazıçılar yox dərəcəsindədir”.

Tofiq Abbasov da ANS PRESS-ə açıqlamasında 20 yanvar faciəsi ilə bağlı Avropa Məhkəməsinə müraciət etməmişdən əvvəl məsələnin dəqiq araşdırılmasının tərəfdarı olduğunu bildirib. “İlk növbədə biz özümüz bu 20 yanvar hadisəsini, bunun arxasında duran bütün amilləri ayır edək ki, heç bir ağ ləkə qalmasın. Ondan sonra biz gərək bu məsələyə siyasi qiymət verilməsi ilə bağlı beynəlxalq təşkilarlar, beynəlxalq hüquq instansiyalarına müraciət edək. Təbii ki, Azərbaycan bu məsələ ilə bağlı bir neçə dəfə cəhd edib. Ancaq prinsip etibari ilə bu məsələdə çox mətn və ardıcıl mövqe nümayiş etdirilməlidir”.

T.Abbasov bu məsələ ilə əlaqədar olaraq beynəlxalq təcrübəsi olan hüquqşünasların məsləhətləşmələr aparmalı olduqlarının vacibliyini qeyd edib və Azərbaycanda xüsusi bir Komissiya yaradılmalı olduğunu deyib. 
Politoloq 20 yanvar faciəsinin dünyaya tanıdılması prossesi ləng aparıldığını deyib. 

“Özümüzdə tam dolğun mənzərə olmayandan sonra bu problemi beynəlxalq səviyyəyə çatdırmaq düzgün olmazdı. Kor təbii şəkildə hərəkət etməyində yeri yoxdur”.

Politoloq Fikrət Sadıqov isə 20 yanvar faciəsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edilməməsinin səbəbini onların faciəyə iki standartlarla yanaşmaları ilə izah edib. "Reallıq ondan ibarətdi ki, aparıcı dövlətlər beynəlxalq təşkilatlar bu məsələyə different şəkildə baxırlar. Bu reallığı qəbul etmirlər. Məsələyə ikili standartlarla yanaşırlar. Burada həm dini amil, həm də erməni diospoarası güclü fəaliyyəti də danılmazdır. Avropa Məkəməsinin müəyyən şablonları var. Görünür onların şablonlarına 20 yanvar faciəsi uyğun deyil. Onların şablonlarına digər məsələlər aiddir. Bu məsələlərə müəyyən mənada ayrı seçkiliklə yanaşırlar”.

Politoloq bu problemin dünyada tanıdılması üçün xarixci dillərdə kitablar yazılmasının vacib olduğunu söyləyib. Onun fikrincə, təbliğat işində kinoların lentə alınması da önəmlidir."Xarici dillərdə kitablar və kinolar çəkilsəydi daha məqsədə uyğun olardı".

Politoloq Rasim Ağayev isə 20 yanvar hadisələrini törədənlərin lazımı cəzalarını alması üçün beynəlxalq məhkəmələrə müraciət edilməli olduğu vurğulayıb: "Bu məsələ ilə bağlı Beynəlxalq Məhkəmələrə müraciət etməlidilər. Təqsirkarlar öz cəzalarını almalıdılar. Ölkə güclü və qüvvətli olmalıdı ki, sərhədlərimizə bir daha toxuna bilməsinlər”.

əsas linklər