İranın yeni prezidenti dünya ilə konstruktiv əlaqələr axtarır

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani dünya ilə konstruktiv qarşılıqlı əlaqələr axtarır. Belə bir bəyanatla Almaniyanın Frankfurt şəhərində təşkil edilmiş beynəlxalq konfransda İranın neft naziri Rostam Qasemi çıxış edib.

"Ruhani beynəlxalq məsələləri yaxşı anlayır. O, beynəlxalq münasibətlər sahəsində ekspertdir. Onun şüarı dünya ilə əməkdaşlıq və konstruktiv qarşılıqlı əlaqə idi", - deyə Qasemi bildirib.

Nazir qeyd edib ki, İranda iyunun 14-də keçirilmiş prezident seçkiləri İslam Respublikasında tam demokratiyanın mövcudluğuna dəlalət edir.

İranda keçirilmiş prezident seçkilərində Ruhani 50,7 faiz səs toplayıb.

əsas linklər