
İranın Sistan və Bəlucistan vilayətində bir nəfər edam edilib. APA-nın məlumatına görə, məhbus qətldə günahlandırılaraq dara çəkilib. Belə ki, 40 yaşlı Çingiz Şehnəvazi ömrünün 7 ilini həbsxanada keçirib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 21-də səhər saatlarında Zahidan şəhərinin mərkəzi həbsxanasında icra olunub.