Səfir: “İran bu məsələ ilə bağlı daha çox narahatlıq keçirir"
Ürmiya gölünün qurumaması üçün İran tərəfindən lazımı addımlar atılıb və çox gözəl nəticələr əldə olunub. Yoxlamalar keçirən beynəlxalq təşkilatlar da İranın bu addımlarını xeyli alqışlayıblar”. Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayın bildirib.
O bildirib ki, Ürmiya gölünün quruması ekoloji problemdir: “İran bu məsələ ilə bağlı daha çox narahatlıq keçirir və problemin həlli üçün təbii ki, hamıdan çox tədbir görür”.
İran parlamentində Ürmiya gölünün qurumasına görə 3 milyon nəfərin işsiz qalması barədə səslənən fikirləri səfir gülməli adlandırıb: “Ürmiyanın əhalisi özü 3 milyon nəfər təşkil edir, indi hamı buna görə işsiz qalıb?
Bu, düzgün məlumat deyil və təəssüflər olsun ki, bəzi media orqanları çox qərəzli mövqe tutaraq İran tərəfindən bu məsələnin həlli üçün atılan müsbət addımları sual altında qoymaq istəyirlər. Eyni münasibəti biz İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ zamanı da müşahidə etdik”.