Erməni xəbər agentliyi də GünAz TV-yə qarşı başladılan silsilə təxribata qoşuldu!

ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) tərəfindən GünAz TV-yə qarşı başladılan təxribat, düşmən qüvvələr vasitəsi ilə geniş miqrasda yayılmaqdadır.

ETTELAAT-a bağlı olan və İran rejiminin ana siyasi xəttini işıqlandıran əsas kütləvi informasiya vasitələrindən biri sayılan “Fars” xəbər agentliyi “Azərbaycan Cümhuriyyətində anti-İran və bölücü Telekanalın fəaliyyətləri genişlənir” başlıqlı yazı dərc etməklə sanki yeni bir hücuma yol açdı. Yeni hücum “Ariya”  xəbər agentliyi, “Diplomasiye İrani” və “Facebook” kimi sosial şəbəkələrdə paralel (muvazi) şəkildə davam etdirildi.

Sonra isə olduqca təbii olaraq Erməni xəbər agentliyi “Panorama” saytı “Fars” xəbər agentliyinin dərc etdiyi yazını işıqlandırıb və növbəti dəfə GünAz TV-ni nüfuzdan salmağa çalışıb. Erməni saytı GünAz TV-nin artan nüfuzundan narahatlığını nümayiş etdirərək yazıb ki, “anti-İran GünAz Telekanalı Azərbaycan Respublikasında geniş fəaliyyət göstərir”.

Erməni xəbər agentliyi ingilis dilində dərc etdiyi xəbərdə “Fars” xəbər agentliyinə istinad edərək, Azərbaycan Respublikasında Güney Azərbaycanla bağlı daha bir neçə mətbu orqanın fəaliyyət göstərdiyini bildirib.

Qeyd edək ki, keçmişdə də GünAz TV-yə qarşı müxtəlif xəbər yaydığına və işğalçı Ermənistanın siyasi xəttini yürütdüyünə görə, “Panorama” saytının GünAz TV-ni xüsusi diqqətlə izlədiyini deyə bilərik. Və bundan narahat da deyilik. Yalnız bir kütləvi informasiya vasitəsi kimi bildiririk ki, “Panorama” saytı İranda 30 milyondan çox insanın milli-mədəni hüquqlarının inkar edilməsi, İranın Azərbaycan Respublikasına qarşı Ermənistanla gizli işbirliyini, İranın Azərbaycan Respublikasına qarşı bu ölkənin daxilində yetirdiyi təxribatçı qüvvələr, SƏHƏR Telekanalının şübhəli fəaliyyəti və s. kimi mövzulardan bir dəfə də olsa yazsaydı, onda “Panorama” saytının əməli biraz da olsa kütləvi informasiya vasitəsinə oxşardı.

Ama davamlı olaraq GünAz TV-ni və Güney Azərbaycan Milli Hərəkatını izləyib və təxrib etmək onu göstərir ki, bu saytın idarəçilərinin düşüncəsi Dağlıq Qarabağda işğalçılıq edib və cinayət törədən erməni qatillərindən fərqlənmir. GünAz TV necə ki, fars şovinizmi və İran rejiminin təxribatları qarşısında duruş gətirib, eləcədə Asala, Hınçak və Daşnak terrorçularının göstərişi ilə fəaliyyət göstərən və işğalçı Ermənistana bağlı medianın təxribatlarından çəkinmir və bu Telekanal öz millətinə söykənərək Dağlıq Qarabağ məsələsi, Güney Azərbaycanın milli hüquqları və millətin qurtuluşu istiqamətində (cəhətində) öz fəaliyyətlərini var gücü ilə davam etdirəcək.

əsas linklər