Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla bağlı mövqeyini amansızlaşdırmağa qərar verib

Bir neçə gün bundan əvvəl Ermənistanın Baş prokuroru Ağva Ovsepyan Türkiyəyə və Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etdi. Qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvanda təşkil edilən konfransda çıxış edən A.Ovsepyan bildirib ki, Türkiyə Ermənistana aid kilsələri və “işğal etdiyi əraziləri” tezliklə qaytarmalıdır.

A.Ovsepyan qeyd edib ki, bu gün Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla (Naxçıvan bölgəsi) ərazi problemi var: “Düşünürəm ki, bunu həll etmək üçün hüquqi dəlillərə əsaslanaraq, yeni bir ərizə forması hazırlanmalıdır. Sonra bu forma Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq məhkəmələrə təqdim edilməlidir”.
Publika.Az-ın verdiyi xəbərə görə, Ermənistanın “Aravot” qəzeti sözügedən bəyanatı şərh edərkən bunu rəsmi İrəvanın xarici siyasət kursunun dəyişməsi ilə izah edib.
Yazi müəllifi   hesab edir ki, “Ermənistan Respublikası onun tərəfindən itirilmiş torpaqları almalıdır",- bəyanatını yalnız sensasiyalı bəyanat adlandırmaq olmaz:
“Bəyanat həm də rəsmi İrəvanın xarici siyasət kursunun dəyişməsi ilə bağlıdır. Çünki rəsmi İrəvan belə xarici siyasət prioritetinə malik deyil. Əvvəllər soyqırıma görə kompensasiyanın ödənilməsi tələbləri səsləndirilsə də, Ermənistanın yüksək vəzifəli şəxslərinin dodaqlarından “itirilmiş torpaqların qaytarılması” ifadəsi çıxmamışdı. Müstəqil Ermənistanın üç prezidentindən heç biri ərazilərin Türkiyədən geri alınmasının vacibliyini bilinə gətirməyib. O halda anlamağa çalışaq ki, Ermənistan hakimiyyəti tərəfindən belə bir bəyanat niyə səsləndirildi. Ovsepyan belə bir bəyanatı Serj Sarkisyanı xəbərsiz verə bilərdimi? İnandırıcı görünmür”.

Yazıda bildirilir ki, “futbol diplomatiyası” uğursuzluğundan başqa Ermənistan iqtidarı heç bir nailiyyəti ilə fəxr edə bilmir, məsələn, “erməni soyqırımı”nın tanınması istiqamətində nəzərəçarpacaq irəliləyiş yoxdur:“Beləliklə, rəsmi İrəvan qətiləşdirdi ki, Ermənistanın Türkiyə və Azərbaycanla ərazi mübahisəliləri var. Baş prokuror İrəvan səviyyəsində bəyan etdi ki, ərazi mübahisələrinin hüquq həlli üçün iddia paketini hazırlamaq və BMT-nin əsas orqanına, Beynəlxalq Məhkəməyə təqdim etmək lazımdır. Ehtimal ki, Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla bağlı mövqeyini amansızlaşdırmağa qərar verib. Fərz etmək olar ki, Türkiyə tərəfindən adekvat reaksiya veriləcək”.
Yazı müəllifi hesab edir ki, “bu bəyanatla Ermənistan udacaqmı”, “bu yeni tələblər iflasa uğramış “futbol diplomatiyasına" gecikmiş cavab deyilmi”, “bu beynəlxalq cəmiyyəti Türkiyəyə təzyiq göstərməyə məcbur etmək üçün edilən cəhddirmi”,- kimi sualların hələ açıq qalır.
 

əsas linklər