
APA-nın «Təbriz səsi»nə istinadən verdiyi məlumata görə, Eldar Qaradağlı GAQP başqanlığından və partiyada tutduğu bütün vəzifələrdən istefa verdiyini açıqlayıb.
«Çox dəyərli dostlar! Şəxsi səbəblərdən dolayı başqanlıqdan və partiyada tutduğum bütün vəzifələrdən istefa verirəm. Sizə əziz millətimizin müqəddəs məqsədləri uğrunda apardığınız milli davada uğurlar diləyirəm. Yaşasın 50 milyonluq Azərbaycan türk milləti!», - deyə o, GAQP-nin İdarə Heyəti üzvlərinə ünvanladığı məktubda bildirib.
Qeyd edək ki, hazırda İsveçdə mühacirətdə yaşayan E.Qaradağlı uzun müddət Dünya Azərbaycanlıları Konqresində (DAK) fəaliyyət göstərib.