Con Kerri Dağlıq Qarabağ münaqişəsindən danışdı

ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişə barədə bəyanat səsləndirib. 

ANS PRESS-in məlumatına görə, diplomat münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini bildirib: "Mən münaqişə tərəflərinə məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün təsirləri göstərəcəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi bunun üçün əlindən gələni edəcək". 

Qeyd edək ki, artıq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. Fransalı həmsədr Jak For və amerikalı həmsədr Ceyms Uorlik fevralın 2-də Bakıya gəliblər.

Həmsədrlər bu gün Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəklər.

Bakıdan sonra vasitəçilər Ermənistana səfər edəcəklər.

əsas linklər