"Sabah Azərbaycanın pulu qurtararsa, nə olacaq?”

Tomris Azəri: “Amerika süper güc olaraq Qarabağ məsələsinin həllində fəallıq göstərmir və münaqişə necə illədir ki, öz həllini tapmır

Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azərinin Newsaze.com-a müsahibəsi.

- Bu gün Amerika üçün Azərbaycan hansı önəmə malikdir?

- Bu gün Amerika üçün Azərbaycanın eneji resursları önəmlidir. Amerika üçün Azərbaycanda sabitliyin olması mühümdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan çox önəmli bölgədə yerləşir. Buna görə də Azərbaycanda sabitliyin yaranması və bunun dayanaqlığı Amerikanın strateji marağındadır. Rəsmi Vaşınqton ətrafda olan qarışıqlığın Azərbaycanda olmasını istəmir. Ona görə də Amerika Azərbaycanı dəstəkləyir. İstərdim ki, Amerika siyasətçiləri Azərbaycana qarşı həmişə səmimi olsunlar.

- Amerikadan hər zaman Azərbaycanla bağlı sözlər eşidirik. Amma real dəstəyə gələndə tamam başqa mənzərə yaranır?...

- Amerika prezidenti və Amerika qanunçuları istədikləri qədər gözəl sözlər deyə bilərlər. Bu gün başqa söz, sabah da tamam başqa söz deyəcəklər. Onların maraqları nəyə cavab verirsə, ona da uyğun fikirlər ortaya qoyurlar.

- Çox maraqlı məsələyə toxundunuz. Siz Amerikadan real praqmatik addımlar gözləyirsiniz. Bu belədir?

- Təbii ki, mən bunu Amerikadan gözləyirəm. Əgər Azərbaycanı belə çox istəyirlərsə və ya dəstəkləyirlərsə, nə üçün hələ də 907 qanun ortadan qaldırılmayıb. Bu gün Amerika süper güc olaraq Qarabağ məsələsinin həllində fəallıq göstərmir və münaqişə necə illədir ki, öz həllini tapmır. Artıq Qarabağ probleminin üstündən 21 il keçir. Mən də amerikalıyam. Danışdığım sözləri amerikalı siyasilərə sual olaraq verirəm. Hər şey sözdə deyil, əməldə görünür. Bu gün Azərbaycanın çoxlu pulu var və bu pulla amerikalı siyasilər nəsə deyirlər. Sabah Azərbaycanın pulu tükənən zaman nə olacaq? Bu sual hamını ciddi şəkildə düşündürməlidir.

əsas linklər