
Azərbaycanın işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş "arzuolunmaz şəxslər" siyahısına daxil edilmiş Moldova vətəndaşı Konstantin Moskoviç adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət edib.
Bunu ANS PRESS-ə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, Moldova vətəndaşı bu səfərin məqsədyönlü xarakter daşımadığını və buna görə təəssüfləndiyini bildirib. Moldovanın xalq artisti vətəndaş mövqeyinin Moldova Respublikasının rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü bildirib və bu məktubla Azərbaycan Respublikasının qanunlarını bir daha pozmayacağı barədə öhdəlik götürüb.
XİN adı çəkilən şəxsin yazılı müraciətinə müvafiq qaydada baxılacağını bildirib.