
“News.am” saytı yazır ki, Ermənistanı insanlar artıq ailələrlə kütləvi şəkildə tərk etməyə başlayıblar.
Bu barədə Ermənistan Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan bildirib. O, Orinaç yerkir partiyasının qərargahında keçirilmiş, Ermənistandan emiqrasiya məsələlərinə və problemlərinə həsr olunmuş müzakirədə bu barədə fikirlərini çatdırıb. Ermənistran Miqrasiya Xidmətinin rəisi deyib ki, bir neçə il öncə miqrasiyanın 40 faizi ailələrlə birlikdə baş verib: “İndi isə bu göstərici 60 faizə yüksəlib”.
Orinaç yerkir partiyasından olan deputat Ovanes Markaryanın sualına cavab verərkən, Qaqik Ueqanyan bildirib ki, Ermənistan hökuməti Rusiyadakı həmkarları ilə Rusiyaya girmə və Rusiyadan çıxma ilə bağlı qanuna və Rusiyadakı əcnəbilərin hüquqi statusu ilə bağlı qanuna dəyişikliklər edilməsi barədə razılığa gələ bilər:
“Məsələn, Ermənistan vətəndaşı əmək müqaviləsinin olmaması səbəbindən deportasiyaya məruz qalır. Bəs, onun uşaqları qanuni olaraq məktəbə gedirlərsə, onların bundan sonra təhsili davam etdirmələrinə hüquqları olacaqmı?
Bu məsələ ailənin xəstə üzvlərinə də şamil oluna bilər ki, onlar belə hallarda müalicələrini Rusiyada davam etdirə biləcəklərmi? Fikirləşirəm ki, Ermənistanın müəyyən kateqoriyaya mənsub, hətta əmək müqaviləsiz çalışan vətəndaşları qanunun fəaliyyətindən azad edilə bilərlər”. 11-02-2014