
Avropa İnsan Haqları Məhkəməsi qondarma erməni soyqırımı haqqında öz qərarını verdi.
Məhkəmə qeyd edib ki, hüquqi nöqteyi nəzərdən soyqırım faktını sübut etmək çox çətindir. Bundan əlavə, 1915-ci il hadisələri ilə bağlı razılıq əldə ediləcəyinə də şübhə ilə yanaşır. Məhkəmədə həminin qeyd edilib ki, soyqırım cinayəti Ruanda və Srebrenitse hadisələrinə aid edilə bilər. Onlar Haaqa beynəlxalq məhkəməsində müzakirəyə çıxarılıb.
Qeyd edək ki, Türkiyə tərəfi dəfələrlə bu məsələ ilə siyasətçilərin deyil alimlərin məşğul olmalı olduğunu deyib. Ankara hətta mövcud arxivinin hamısını bu məsələnin həlli üçün açmağa hazır olduğunu da bildirmişdi.
Amma bu erməni siyasətçilərinə lazım olmayıb. Onlar bu gündə bir neçə alimin adı altında gizlənərək Avropa məhkəməsinə təyziq etməyə çalışırlar ki, onlar öz qətnamələrini dəyişsinlər. Çətin ki, buna nail olsunlar.
Çox ümid etmək istəyirik ki, hər şeyin ən yaxşı dərmanı olan zamanla erməni siyasətçilərin bu böyük həvəsi azalacaq. Və onlar bu qondarma soyqırım məsələsini tarixçi alimlərə həvalə edəcəklər. Onların bu işlərdən daha yaxşı başı çıxır.