Ukrayna səfiri: “Azərbaycanla münasibətlər Ukraynadakı bütün siyasi qüvvələr üçün prioritetdir”
“Ukraynada hansı vəziyyətin yaranmasından asılı olmayaraq Ukrayna-Azərbaycan münasibətləri hər zaman strateji və dostluq münasibətləri olaraq qalacaq. Azərbaycanla münasibətlər Ukraynadakı bütün siyasi qüvvələr üçün prioritetdir”.

APA-nın xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.

Səfir hazırda Ukraynada 3 mindən çox azərbaycanlı tələbənin təhsil aldığını söyləyib: “Bizdə azərbaycanlılara qarşı heç vaxt neqativ münasibət müşahidə olunmayıb. Ukraynadakı siyasi vəziyyətə baxmadan biz ümumi layihələr üzərində çalışırıq.

 

Mən rəsmi Bakıya Ukrayna ilə bağlı ölçülü-biçili mövqeyinə görə təşəkkür edirəm, bu mövqe ondan ibarətdir ki, Ukrayna özü bu problemlərin öhdəsindən gələcək”. 

əsas linklər