Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfə keçən erməni barədə məlumat yaydı

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfə keçən erməni haqda məlumat yayıb. ANS-in məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan deyib ki, həmin şəxs hərbçi deyil. Qeyd edək ki, ötən gün günorta saatlarında Tovuz rayonunda erməni saxlanılıb. 
 

Saxlanılanın adı Arsen Xocayandır. O, 1991-ci ildə anadan olub. Erməni mətbuatı yazır ki, Arsen Xocayan bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində saxlanılan Mamikon Xocayanın kəndçisidir.

Ermənistan müdafiə nazirliyindən yerli mətbuata verilən açıqlamada isə bildirilir ki, Azərbaycan tərəfinə keçən Ermənistan vətəndaşı əsgər olmayıb, mülki şəxsdir.

Qeyd edək ki, bu gün günorta saatlarında Tovuz çayı üzərindəki dəmiryolu körpüsünün yaxınlığında sakinlər tərəfindən 21-22 yaşlı erməni saxlanılmışdı.

əsas linklər