“Ukrayna hadisələri Qarabağ probleminin həllinə kömək edə bilər”

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ukrayna hadisələrinin Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş yaradacağını hesab edir. 

Modern.az saytı xəbər verir ki, amerikalı diplomat bu barədə özünün rəsmi Twitter səhifəsində yazıb. O, Ukraynadakı gərginliyin Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına yardım edə biləcəyi ehtimalı üzərində dayanaraq sual edib: 

“Ukrayna hadisələrinin Dağlıq Qarabağ konfliktinin sülh variantı ilə həllinə köməklik edə biləcəyini ehtimal etmək olarmı?"-deyə C. Uorlik qeyd edib.   

əsas linklər