BQXK nümayəndələri Azərbaycanda olan ermənilərlə görüşüblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndələyi Azərbaycanda olan erməni əsirlərlə görüşüblər. ANS PRESS-in məlumatına görə, BQXK nümayəndələri erməni gənc Arsen Xocayan, əsgər Akop İncuqilyan və erməni ailə ilə görüşüblər. Görüş zamanı Qızıl Xaçın Bakı və İrəvan ofislərinin ismarışlarının mübadiləsi də olub. 

Qeyd edək ki, erməni gənc Arsen Xocayan martın 7-də Tovuz rayonu istiqamətində Azərbaycan tərəfə keçib. Qızıl Xaç nümayəndələri ilk dəfədir ki, Arsen Xocayanla görüşürlər. 

Bundan başqa əsirlikdə olan erməni əsgər Akop İnciqulyan 2013-cü ilin avqustun 8-də Azərbaycan tərəfə keçib. Azərbaycanda olan erməni ailəsi isə 2010-cu ilin yanvarın 10-da Ermənistan qaçaraq Azərbaycana gəlib.

əsas linklər